
Şəbnəm Tovuzlu Qürbətdəki Yarim Şarkı Sözleri
Məktub yazım ona yetsinNiyə sevgim boşa getsin
Gəlki daha hsərət bitsin
Ey qürbətdə olan yarim
Günlər ötür,gecə keçir
Sənsiz ömrüm necə keçir
Mənsiz günün necə keçir
Ey qürbətdə olan yarim
Məhəbbətim qanındadır
Ruhum onun canındadır
Yarı canım yanındadır
Ey qürbətdə olan yarim
Çox keçirdik zaman sənnən
Ürək səndən,bu can sənnən
Qəlbim vurur hər an sənnən
Ey qürbətdə olan yarim